Ərdoğanın baş müşaviri Azərbaycanla bağlı açıqlamalarına görə vəzifədən çıxarıldı?
Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral vəzifəsindən ayrıldığını təsdiqləyib.
TodayPress TV xəbər verir ki, Saral bu barədə türkiyəli jurnalist Talat Atillaya açıqlama verib.
O, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə vəzifəsindən ayrıldığını bildirib.
“Cənab Prezident məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – deyə Saral vurğulayıb.
Azərbaycanla bağlı açıqlamalarının vəzifədən ayrılmasına səbəb olub-olmadığı barədə suala isə Saral “Bəli, elə görünür” cavabını verib.
Kübra Musayeva