Qaranlıqda yaşayan möcüzə: Hindistanda gözləri olmayan yeni balıq növü tapıldı

Qaranlıqda yaşayan möcüzə: Hindistanda gözləri olmayan yeni balıq növü tapıldı
31.08.2026 04:15 Maraqlı

Alimlər Hindistanda bütün həyatını yerin altında keçirən balıq növünü aşkarlayıblar.

TodayPress TV xəbər verir ki, yeni növ "Gangaichthys indonepalicus" adlandırılıb və “ZooKeys” jurnalında dərc olunan araşdırmada təsvir edilib.

Rəngsiz və funksional gözləri olmayan kiçik balıq Hind-Qanq düzənliyinin yeraltı sularında yaşayır.

Tədqiqatçılar qeyri-adi balığı Hindistan və Nepal sərhədinin yaxınlığında yerləşən quyudan su çəkilərkən çəkilmiş videoda görüblər. Nümunələri tapmaq üçün alimlər dərinliyi 10 metrə çatan 15-dən çox quyudan suyu əl ilə çəkməli olublar. Balıq yalnız iki quyuda aşkarlanıb və ümumilikdə üç nümunə əldə edilib.

Zədələnməmiş yeganə nümunənin uzunluğu cəmi 40,6 millimetr olub. Balığın piqmentasiyası yoxdur, gözləri isə kiçilib və dərinin altında gizlənib. Kompüter tomoqrafiyası zamanı qabırğalar da aşkarlanmayıb. Bununla belə, tədqiqatçılar zəif minerallaşmış sümüklərin nəzərdən qaçmış ola biləcəyini qeyd ediblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər