Gitara olmadan "gitara çaldılar" - 13 ölkənin nümayəndəsi nəyə görə yarışdı?
Finlandiyanın Oulu şəhərində iştirakçıların səhnəyə heç bir alət olmadan çıxaraq musiqi sədaları altında rok ulduzlarını təqlid etdiyi xəyali gitara üzrə yubiley dünya çempionatı keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Yarışda 13 ölkədən 50-dən çox iştirakçı mübarizə aparıb.
Qaydalar belədir: hər iştirakçıya əsl gitara çalmasını inandırıcı şəkildə imitasiya etmək üçün təxminən bir dəqiqə vaxt verilir. Çıxışları səhnə sənətləri üzrə mütəxəssislərdən ibarət münsiflər heyəti qiymətləndirir. Burada artistlik, texnika və əsl konsert illüziyası yaratmaq bacarığı əsas meyarlar hesab olunur.
İkinci il ardıcıl olaraq Finlandiya təmsilçisi Aapo “The Angus” Rautio qalib olub. O, 34,8 xal toplayaraq çempionluq titulunu qoruyub.
İkinci yeri yaponiyalı Nanami “Seven Seas” Nagura, üçüncü yeri isə Saladin “Six String Sal” Thomas tutub.
Aysel Mətləb