Ay tutulmasından ən çox bu bürclər təsirlənəcək
Avqustun 28-də nadir astronomik hadisə - qismən Ay tutulması baş verəcək. Yer kürəsi Günəşlə Ayın arasından keçəcək və onun kölgəsi Ayın səthinin bir hissəsini örtəcək.
TodayPress TV xəbər verir ki, tutulmanın maksimum fazası Bakı vaxtı ilə təxminən 08:12-də baş verəcək. Hadisə dünyanın bir çox ölkəsindən müşahidə oluna biləcək. Azərbaycanda görünmə imkanları isə Ayın üfüqdəki vəziyyətindən və hava şəraitindən asılı olacaq.
Astroloqlar Ay tutulmasını həyatın müəyyən mərhələlərinin başa çatması, yeniliklər və mühüm qərarlarla əlaqələndirirlər. Astroloq İrina Nijnikin şərhinə görə, tutulmanın bürclərə təsiri belə olacaq:
Qoç — Köhnə qorxular və incikliklər yenidən gündəmə gələ bilər. Yorğunluq yaradan məsələləri geridə qoymaq və bir qədər dincəlmək tövsiyə olunur.
Buğa — Dostluq və iş münasibətlərində kimin həqiqətən yanınızda olduğu üzə çıxa bilər. Bəzi əlaqələr sona çata, yeni imkanlar isə ortaya çıxa bilər.
Əkizlər — Əsas dəyişikliklər karyera sahəsində olacaq. Sizi artıq xoşbəxt etməyən işdən ayrılmaq və ya çoxdan gözlədiyiniz peşəkar uğuru əldə etmək mümkündür.
Xərçəng — Təhsil, səyahət və köçlə bağlı qərarlar gündəmə gələ bilər. Əvvəllər doğru hesab etdiyiniz bəzi düşüncələrə yenidən baxmalı ola bilərsiniz.
Şir — Maliyyə və etibar məsələləri ön plana çıxacaq. Borc və kreditlərlə bağlı problemlərin həlli, həmçinin daxili dəyişikliklər mümkündür.
Qız — Münasibətlərdə mühüm mərhələ başa çata bilər. Bəzi cütlüklər münasibətlərini möhkəmləndirəcək, bəziləri isə yollarını ayırmaq qərarına gələcək.
Tərəzi — İş və həyat tərzi ilə bağlı böyük dəyişikliklər gözlənilir. Yorucu iş rejimindən və zərərli vərdişlərdən imtina etmək gündəmə gələ bilər.
Əqrəb — Sevgi, yaradıcılıq və övladlarla bağlı emosional dönüş yaşana bilər. Köhnə münasibət sona çata və ya uzun müddətdir gözlənilən yeni mərhələ başlaya bilər.
Oxatan — Ev və ailə məsələlərində dəyişikliklər mümkündür. Köç, təmirin başa çatması və ya ailədaxili problemlərin həlli gündəmə gələ bilər.
Oğlaq — Təhsil, sənədlər və ünsiyyətlə bağlı uzunmüddətli proseslər yekunlaşa bilər. Qarşıdakı dövrdə söylədiyiniz sözlər xüsusi əhəmiyyət daşıya bilər.
Dolça — Pul və özünə dəyər vermə məsələləri ön plana çıxacaq. Daha az qazanc və sizi qane etməyən şərtlərlə işləmək istəmədiyinizi anlaya bilərsiniz.
Balıqlar — Astroloqun fikrincə, tutulmadan ən çox təsirlənəcək bürclərdən biri Balıqlardır. Həyatınızda tamamilə yeni mərhələ başlaya bilər. Xarici görünüş, peşə, münasibətlər və həyat tərzində köklü dəyişikliklər mümkündür.
Kübra Musayeva