“Turan” Bolqarıstan səfərindən qələbə ilə döndü

“Turan” Bolqarıstan səfərindən qələbə ilə döndü
04.11.2026 00:17 İdman

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.

TodayPress TV xəbər verir ki, III təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olan Azərbaycan çempionu 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəyə sevinib.

Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 10-da keçiriləcək. "Turan" II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasına qalib gəlib - 3:0, 3:2.

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər