ABŞ-də seçki günündə bomba həyəcanı: İnsanlar təcili təxliyə edildi

ABŞ-də seçki günündə bomba həyəcanı: İnsanlar təcili təxliyə edildi
03.11.2026 23:12 Dünya

ABŞ-nin Ohayo ştatının Toledo şəhərinin polisi bomba qoyulması ilə bağlı daxil olan məlumatlara görə seçki məntəqəsindən insanları təxliyə edib.

TodayPress TV xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları aralıq seçkiləri günü seçki məntəqəsi kimi fəaliyyət göstərən ibtidai məktəbdə bomba yerləşdirilməsi barədə məlumat alıblar. Təxminən 9 dəqiqə sonra polisə ikinci zəng daxil olub. Zəng edən şəxs həmin gün müəllimlərin işlədiyi yerdə bomba olduğunu bildirib.

Hər iki ünvana istehkamçılar və kinoloqlar cəlb olunub, ehtiyat tədbiri olaraq təxliyə həyata keçirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər