Putin fürsət gözləyir: Ukraynaya zərbələr arta bilər

Putin fürsət gözləyir: Ukraynaya zərbələr arta bilər
03.11.2026 22:44 Dünya

ABŞ-də keçirilən aralıq seçkilərdən sonra Rusiya Ukraynaya hücumlarını daha da intensivləşdirə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Moskva artıq ABŞ Prezidenti Donald Trampın Ukraynanı Rusiyanın şərtləri əsasında sülh sazişi imzalamağa məcbur edə biləcəyinə inanmır. Bu qənaətin Rusiya Prezidenti Vladimir Putini müharibəni uzatmağa, Ukraynaya zərbələri sərtləşdirməyə və Kiyevi dəstəkləyən Avropa ölkələrinə təzyiqi artırmağa sövq etdiyi bildirilir.

Mənbələrin sözlərinə görə, Kreml ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən sonra Trampın mövqelərinin zəifləyəcəyini də nəzərə alır. Bu səbəbdən Rusiya ABŞ-nin Moskvaya qarşı sanksiyaları daha da yumşaltmasına nail olmaq üçün yeni yollar axtaracaq.

Kremlə yaxın mənbə bildirib ki, Rusiyanın əsas məqsədi Trampı Ukraynada müharibə başa çatmadan da ABŞ və Rusiya arasında birgə biznes əməkdaşlığının mümkünlüyünə inandırmaqdır. Bu strategiyanın oktyabrın əvvəlində elan edilmiş dizel yanacağı ilə bağlı razılaşma nümunəsi əsasında həyata keçirilməsi nəzərdə tutulur.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər