Elçin Məsiyev Avropa səhnəsində Azərbaycanı təmsil edəcək

Elçin Məsiyev Avropa səhnəsində Azərbaycanı təmsil edəcək
03.11.2026 14:24 İdman

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək qarşılaşmanı idarə edəcək.

TodayPress TV xəbər verir ki, o, Belçikada “Anderlext” və Avstriyanın “Zaltsburq” komandaları arasında baş tutacaq matçın baş hakimi olacaq.

Elçin Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Nicat İsmayıllı isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Noyabrın 5-də keçiriləcək “Anderlext” – “Zaltsburq” oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər