Süleyman İsmayılzadə Olimpiadada final həyəcanı yaşadı

Süleyman İsmayılzadə Olimpiadada final həyəcanı yaşadı
03.11.2026 15:54 İdman

Azərbaycanlı üzgüçü Süleyman İsmayılzadə Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

TodayPress TV xəbər verir ki, idmançımız 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışının finalında 3 dəqiqə 59,46 saniyə nəticə göstərərək səkkizinci yeri tutub.

Bayraqdarımız noyabrın 6-da 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışında Olimpiya medalları uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan komandasının Dakar-2026-da aktivində bir qızıl medal var. Cüdoçu İbrahim Talıbov (55 kq) ölkəmizə bu multi-idman yarışının qızıl medalını qazandırıb.


Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər