ABŞ-də Hellouin kabusa çevrildi: 16 ölü, 117 yaralı
ABŞ-də Hellouin bayramı zamanı baş verən silahlı hücumlar nəticəsində azı 16 nəfər ölüb, 117 nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, ABC News-un məlumatına görə, atışmalar ölkənin ən azı 15 şəhərində qeydə alınıb.
Hadisələr zamanı ölən və yaralananlar arasında Hellouin kostyumu geyinmiş 5 yaşlı qız, hamilə qadın və universitet tələbəsi də olub.
Xəbərdə atışmaların baş verdiyi şəhərlərin adları və hadisələrin təfərrüatları açıqlanmayıb.
Kübra Musayeva