İranın bu dəfəki hədəfi Göy məscid oldu - VİDEO

İranın bu dəfəki hədəfi Göy məscid oldu - VİDEO
03.11.2026 23:03 Gündəm

İrəvanda yerləşən Göy məscid İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında yayımlanan videoda İranın mədəni irsinin nümunəsi kimi təqdim edilib.

TodayPress TV “Qafqazinfo”ya istinadla xəbər verir ki, paylaşımda məscidin XVIII əsrdə Əfşarlar sülaləsinin hakimiyyəti dövründə Hüseynəli xan tərəfindən inşa edildiyi bildirilir. Həmçinin məscidin İrəvanın tarixindəki yeri İranın mədəni təsiri kontekstində izah olunur.

Lakin tarixi məlumatların bu şəkildə təqdim edilməsi mübahisələrə səbəb olub. Belə ki, Göy məscid Əfşarlar sülaləsinin deyil, İrəvan xanlığının hakimi Hüseynəli xan Qacarın hakimiyyəti dövründə inşa edilib.

Məlumatlara görə, məscidin tikintisinə 1760-cı ildə başlanılıb və 1766-cı ildə başa çatdırılıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər