Beş ölkə Rusiyaya qarşı birləşdi

Beş ölkə Rusiyaya qarşı birləşdi
03.11.2026 20:25 Dünya

Avropa ölkələri Rusiyanın 2027-ci il Hokkey üzrə dünya çempionatında iştirakına mane olmağa çalışır.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilir ki, Finlandiyanın rəhbərlik etdiyi təşəbbüs çərçivəsində Rusiya millisinin beynəlxalq yarışlardan kənarlaşdırılması məsələsi müzakirəyə çıxarılıb.

Məsələ noyabrın 3-də Beynəlxalq Buzüstü Hokkey Federasiyasının rəhbərliyinin iclasında müzakirə olunur.

Qeyd edək ki, İsveç, Finlandiya, Norveç, Danimarka və Latviya daha əvvəl 2027-ci ildə keçiriləcək dünya çempionatında Rusiya millisi ilə qarşılaşmaqdan imtina edəcəklərini açıqlayıblar.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər