İranla bağlı təhlükəli iddia - TƏCİLİ xəbərdarlıq edildi

İranla bağlı təhlükəli iddia - TƏCİLİ xəbərdarlıq edildi
04.11.2026 00:28 Dünya

İsrail kəşfiyyatı İranın kimyəvi silahlardan istifadə etməyi nəzərdən keçirdiyinə dair məlumatları ABŞ və Körfəz ölkələrinin rəsmiləri ilə bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” nəşri amerikalı və regional rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail rəsmiləri İranın kimyəvi silahları raketlər vasitəsilə çatdırmaq və ya düşmən ölkələrin ərazisinə gizli yollarla keçirmək imkanlarını inkişaf etdirdiyini iddia ediblər.

Bununla belə, ABŞ rəsmiləri arasında İsrailin təqdim etdiyi məlumatların etibarlılığı ilə bağlı fikir ayrılığı yaranıb. Bəzi amerikalı rəsmilər bu xəbərdarlığı ciddi təhlükə kimi qiymətləndirsələr də, digərləri İsrailin bu yolla ABŞ Prezidenti Donald Tramp administrasiyasını İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara qayıtmağa təşviq etməyə çalışdığını düşünürlər.

Körfəz ölkələrinin bəzi rəsmiləri də İsrailin təqdim etdiyi məlumatlara şübhə ilə yanaşıblar. Bildirilir ki, onlara İranın kimyəvi silahları istifadəyə hazırladığına dair konkret sübutlar təqdim edilməyib.

Qeyd edək ki, sözügedən məlumatlar kəşfiyyat qiymətləndirmələrinə əsaslanır və İranın kimyəvi silahdan istifadə etmək barədə qərar qəbul etdiyini təsdiqləmir.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər