İranda internet çökdü - Nə baş verir?
İnternet monitorinqi platformalarının məlumatlarına görə, İranın bir sıra bölgələrində şəbəkədə fasilələr və bağlantı problemləri qeydə alınıb.
TodayPress TV xəbər verir ki, 3 noyabr tarixinə olan göstəricilərə əsasən, İranın 31 vilayətindən 12-də internet trafikində ciddi azalma və ya mümkün məhdudiyyət əlamətləri müşahidə edilib.
Bununla belə, ölkə üzrə internetin tamamilə kəsildiyini təsdiqləyən göstərici yoxdur. Monitorinq məlumatları ümummilli internet kəsintisinin baş vermədiyini göstərir.
Kübra Musayeva