Norveç Rusiyanın “səbrini daşırdı“ - Yeni GƏRGİNLİK

Norveç Rusiyanın “səbrini daşırdı“ - Yeni GƏRGİNLİK
03.11.2026 21:57 Dünya

Rusiya Norveçə etirazını bildirdi. Buna səbəb Ukrayna şirkətlərinin müraciəti əsasında Rusiya əmlakının həbs edilməsidir.

TodayPress TV xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinə Norveçin müvəqqəti işlər vəkili Byorn Svenunqsen çağırılıb. Ona Rusiya əmlakının həbsinə görə etiraz notası təqdim edilib.

Rusiya XİN Norveçdən beynəlxalq hüquqa, o cümlədən Şpitsbergen müqaviləsinin müddəalarına qeyd-şərtsiz əməl etməyi tələb edib.

Nazirliyin açıqlamasında bildirilib ki, “Professor Molçanov” gəmisinin həbs olunması Rusiya vətəndaşlarının arxipelaqa sərbəst giriş imkanlarını ciddi şəkildə çətinləşdirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər