Sabah Bakının iki rayonunda qaz olmayacaq
Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində noyabrın 4-də qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə TodayPress TV-yə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
"Magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar noyabrın 4-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai və Suraxanı rayonlarının bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq" , - deyə məlumatda bildirilib.