Seçki günü Ağ Evdə vəziyyət necədir?

Seçki günü Ağ Evdə vəziyyət necədir?
03.11.2026 22:07 Dünya

ABŞ Konqresinə aralıq seçkiləri günü Ağ Evdəki atmosfer “ehtiyatlı nikbinlik” ruhundadır.

TodayPress TV xəbər verir ki, bu barədə “CNN” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp “əla əhval-ruhiyyədə olub”. Mənbələr Amerika liderini “əbədi optimist” adlandırıblar.

Qeyd edək ki, ABŞ-də aralıq seçkiləri noyabrın 3-də keçirilir. Müxtəlif ştatlarda erkən səsvermə əsas seçki günündən bir neçə həftə əvvəl başlayıb. Amerikalılar 100 senatordan 35-ni və Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvünü seçirlər.

36 ştatda qubernator seçkiləri də keçiriləcək. Bundan əlavə, ştatların əksəriyyətində baş prokurorların, yerli qanunverici orqanların üzvlərinin və digər vəzifəli şəxslərin seçkiləri baş tutacaq.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər