Rusiyadan ABŞ və Koreyaya kəskin təxribat ittihamı

Rusiyadan ABŞ və Koreyaya kəskin təxribat ittihamı
03.11.2026 20:48 Dünya

ABŞ və Koreya Respublikasının KXDR sərhədləri yaxınlığında keçirdiyi hərbi manevrlər açıq-aşkar təxribat xarakteri daşıyır.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində bildirilib.

“Xüsusi narahatlıq doğuran məqam ondan ibarətdir ki, hazırkı sabitsizləşmə KXDR sərhədləri yaxınlığında ABŞ və Koreya Respublikasının davamlı olaraq keçirdiyi irimiqyaslı hərbi manevrlər fonunda baş verir. Açıq-aşkar təxribat xarakteri daşıyan bu manevrlərin məqsədi, iştirakçılarının özlərinin də etiraf etdiyi kimi, nüvə silahından istifadə də daxil olmaqla, KXDR-ə qabaqlayıcı zərbələrin endirilməsinin məşq edilməsidir”, – deyə diplomat Koreya yarımadasında gərginliyin artmasını şərh edərkən bildirib.

O vurğulayıb ki, müvafiq regionda vəziyyət nəinki sabitləşmə əlamətləri göstərir, əksinə, daha da gərginləşməkdə davam edir.

Zaxarova diqqətə çatdırıb ki, Vaşinqton və Seulun təlimlərinin tezliyi və miqyası artır, bu təlimlər artıq təkcə quru ərazilərini deyil, həm də hava, dəniz və kiberməkanı əhatə edir.

Aysel Mətləb

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər