“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
İsmail Kartalın ayrılmasından sonra baş məşqçi axtarışlarını davam etdirən “Fənərbağça” “Kasımpaşa”nın baş məşqçisi Emre Belözoğlu ilə razılığa gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, “Fənərbağça”da Serjio Konseysaonun transferi baş tutmayıb. Noyabrın 3-ü İstanbula gəlməsi planlaşdırılan portuqaliyalı mütəxəssisin əlavə tələblər irəli sürdüyü qeyd olunub.
Konseysaonun illik əməkhaqqı ilə bağlı müəyyən edilmiş məbləğə heç cür razılaşmadığı, hətta bu rəqəmi artırmağa çalışdığı bildirilib.
Aysel Mətləb