İstanbulda Heydər Əliyevin büstü götürülür? Rəsmi açıqlama - FOTO
Türkiyənin İstanbul şəhərində yerləşən Heydər Əliyev parkındakı büstün götürüləcəyi və parkın ərazisində mədəniyyət mərkəzinin tikiləcəyi barədə yayılan məlumatlar təkzib edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi “X” sosial şəbəkə hesabında paylaşım edib.
Mərkəzdən bildirilib ki, Şişli rayonunda yerləşən Heydər Əliyev parkının sökülməsi, büstün götürülməsi və ərazidə mədəniyyət mərkəzinin inşası ilə bağlı iddialar əsassızdır.
Kübra Musayeva