Trampın qərarı İsraildə həyəcan yaratdı: Yeni qırıcıları necə alacaqlar?

Trampın qərarı İsraildə həyəcan yaratdı: Yeni qırıcıları necə alacaqlar?
03.11.2026 23:26 Dünya

ABŞ Prezidenti Donald Trampın İsrailə maliyyə yardımının dayandırılması ilə bağlı açıqlaması ölkənin təhlükəsizlik qurumlarında ciddi narahatlıq yaradıb.

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.

Məlumata görə, İsraildə ABŞ-nin maliyyə dəstəyini dərhal dayandırıb-dayandırmayacağı, yoxsa iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq modelini mərhələli şəkildə dəyişəcəyinə aydınlıq gətirməyə çalışırlar.

ABŞ ilə danışıqların təfərrüatlarından xəbərdar olan mənbələrin sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələrində bu qərarın mümkün nəticələri ilə bağlı suallar yaranıb.

“İldə 15 milyard şekel (4 milyard dollar) haradan əldə ediləcək? Bu, İsrailin gələcək müdafiə büdcəsi üçün nə deməkdir? Hərbi Hava Qüvvələri yeni qırıcı təyyarələri necə əldə edəcək?” – deyə mənbələr bildiriblər.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər