Azərbaycanlı referi Avropa Liqasının diqqətçəkən matçında

Azərbaycanlı referi Avropa Liqasının diqqətçəkən matçında
03.11.2026 15:40 İdman

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun oyununu idarə edəcək.

TodayPress TV xəbər verir ki, o, İspaniyanın “Selta” və Belçikanın “Yunion” komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.

Əliyar Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Rauf Cabarov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

“Selta” – “Yunion” matçı noyabrın 5-dən 6-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər