Bir gecədə 20-dən çox hücum: Kiyev qaranlığa qərq oldu
Rusiya Ukraynanın enerji infrastrukturuna son dövrlərin ən genişmiqyaslı hücumlarından birini həyata keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın enerji operatoru “Ukrenerqo” məlumat yayıb.
Bildirilib ki, son sutka ərzində Rusiya qüvvələri ölkənin enerji obyektlərini 20 dəfədən çox atəşə tutub. Hücumlar zamanı çoxsaylı zərbə vasitələrindən istifadə edilib.
Nəticədə Ukraynanın enerji sistemində vəziyyət xeyli çətinləşib. Kiyev də daxil olmaqla, bir sıra regionlarda qəza rejimində elektrik enerjisinin verilişi dayandırılıb.
“Ukrenerqo”dan bildirilib ki, elektrik enerjisinin verilişi ilk növbədə kritik infrastruktur obyektlərinə bərpa olunacaq.
Kübra Musayeva