Ekklstoun xəbərdarlıq etdi: Antonellinin ən güclü dövrü hələ qabaqdadır

Ekklstoun xəbərdarlıq etdi: Antonellinin ən güclü dövrü hələ qabaqdadır
03.11.2026 15:53 İdman

“Formula-1”in keçmiş baş direktoru Berni Ekklstoun “Mercedes”in italiyalı pilotu Andrea Kimi Antonellinin 2026-cı il mövsümündə çempion olmasına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, onun fikirlərini “RacingNews365” nəşri yayıb.

95 yaşlı Ekklstoun 20 yaşlı pilotun gələcəkdə Maks Ferstappen səviyyəsinə yüksələ biləcəyini düşünür. 

“Vaxtilə çempion olacağına ümid etdiyim iki pilot var idi: biri Maks Ferstappen, digəri isə odur. Maksı daha yaxından tanısam da, düşünürəm ki, Antonelli də başqa bir Maks olacaq.

Onda Maksda olan bütün xüsusiyyətlər var. O, qalib gəlmək istəyir və bunun üçün hər şeyə hazır olacaq. Maks kimi, bolidə əyləşəndə beynində yalnız bir fikir olur: yarışı qazanmaq.

Maksın atası uşaqlıqda ona qarşı bir qədər sərt idi, amma bu, onu oyandırmağa və irəli getməyə məcbur edirdi. Kiminin atası isə, görünür, bunun tam əksidir: ona anlayışla yanaşır və sakit qalmasına çalışır. Amma biz hələ onun ən yaxşı çıxışlarını görməmişik. Düşünürəm ki, onun nə qədər güclü olacağı bizi təəccübləndirəcək. İki-üç ildən sonra onun daha bir Maksa çevrildiyini görəcəksiniz.

Onun bir qədər cilalanması üçün bir neçə çətin dövr yaşaması lazımdır. Bundan sonra isə ehtiyatlı olun!

Ən yaxşı yanaşma Maksın atasının ona etdiklərinin müəyyən hissəsini tətbiq etməkdir. Yəni ona həyatın o qədər də asan olmadığını başa salmaq. Yaxşı hadisələrlə yanaşı, pis hadisələri də qəbul etməli və onların təkrarlanmamasına çalışmalısan”, — deyə Ekklstoun bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər