Trampın dövründə ABŞ-nin “gözləri” və “qulaqları” bir-birindən ayrıldı
ABŞ-də kəşfiyyat qurumları arasında məlumat mübadiləsi Trampın prezidentliyi dövründə zəifləyib.
TodayPress TV “Reuters”ə xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Milli Kəşfiyyat Şurası ilə birgə analitik hesabatların hazırlanmasını dayandırıb. Həmçinin İranda və Venesuelada keçirilən hərbi əməliyyatlardan sonra Konqresə kəşfiyyat hesabatlarının təqdim edilməsi müvəqqəti olaraq dayandırılıb.
Rəsmilərin sözlərinə görə, müxtəlif kəşfiyyat qurumları arasında yaranan gərginlik, əməkdaşların sayının azaldılması və siyasi təzyiqlərlə bağlı narahatlıqlar qurumlararası koordinasiyanı zəiflədib.
Bildirilir ki, bu vəziyyət siyasi qərar qəbul edən şəxslərin qlobal təhdidlər barədə natamam məlumat əldə etməsi riskini artırır.
Kübra Musayeva