Polşada böhran dərinləşir: Məhkəmə rəhbərlərinin toxunulmazlığı ləğv edilir
Polşa Konstitusiya Məhkəməsinin hakimlərinin ümumi yığıncağı qurumun 15 hakimindən yalnız 8-nin iştirak etməsinə baxmayaraq, kvorumu təsdiqləyib.
TodayPress TV xəbər verir ki, iclasın yayımı “TVP Info” telekanalı tərəfindən həyata keçirilib.
İştirak edən səkkiz hakimin hamısı kvorumun təsdiqlənməsinin lehinə səs verib. Özünü Konstitusiya Məhkəməsinin sədr əvəzi elan edən Anna Korvin-Piotrovska izah edib ki, hazırda qurumun 15 hakimindən üçü, onun fikrincə, səlahiyyətlərini icra etmək hüququna malik deyil. Buna görə də məhkəmənin ümumi tərkibinin 2/3 hissəsi həcmində kvorum 15 deyil, 12 hakim əsasında hesablanmalıdır.
Bundan sonra yığıncaq məhkəmənin 2027-ci il üçün gəlir və xərclər smetasını, həmçinin Konstitusiya Məhkəməsinin sədr əvəzi Boqdan Svençkovskinin və onun müavini Bartolomey Soxanskinin toxunulmazlığının ləğvi məsələsinə baxacaq intizam komissiyalarının tərkibini təsdiqləyib.
Aysel Mətləb