Avropa futbolu matəmdə: oyunlar bir dəqiqəlik sükutla başlayacaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunun bütün qarşılaşmaları “Tenerife”nin futbolçusu Xesus de Miqelin xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
30 yaşlı hücumçu İspaniya Sequndasının XII turunda “Andorra” ilə keçirilən oyunun (2:2) sonlarında rəqib qapıçı Xesus Ovono ilə toqquşub. Sinəsindən zərbə alan futbolçunun ürəyi dayanıb və o, xəstəxanaya çatdırılıb. De Miqelin vəfat etdiyi noyabrın 3-də səhər saatlarında “Tenerife” klubunun mətbuat xidməti tərəfindən rəsmən açıqlanıb.
UEFA prezidenti Aleksander Çeferin mərhum futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, bu həftə UEFA Avropa Liqası və Konfrans Liqasının oyunları da bir dəqiqəlik sükutla başlayacaq.
Namiq HUN