PSJ strateji dəstək aldı
Paris klubunu belə bir dəstəklə 2 qat NBA çempionu olmuş Kevin Dürant təmin edəcək.
TodayPress TV xəbər verir ki, məşhur basketbolçu PSJ-nin sahiblərindən birinə çevrilib.
O, Çempionlar Liqası qalibinin səhmlərinin bir hissəsini alıb. Klubda çox kiçik pay sahibi olan Dürant bunu özünün media-investisiya şirkəti olan “Boardroom” vasitəsilə reallaşdırıb.
Bildirilir ki, Kevin PSJ-nin basketbol komandasını yaratmağı da qarşısına məqsəd qoyub.
Namiq HUN