ABŞ müharibəyə hazırlaşır: Hərbi bazalar 90 gün müstəqil fəaliyyət göstərəcək
Pentaqon genişmiqyaslı müharibə zamanı xarici dəstək və mülki infrastruktura bağlılığı azaltmaq üçün ABŞ hərbi bazalarını hazırlayır.
TodayPress TV xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Məlumata görə, hazırlıq ABŞ ərazisində elektrik şəbəkələrinin sıradan çıxması, təchizat zəncirlərinin pozulması və kritik infrastruktura mümkün təhdidləri nəzərə alan FORTRESS planı çərçivəsində həyata keçirilir.
Sənədlərə əsasən, ABŞ-nin kontinental ərazisindəki iri hərbi bazaların su, yanacaq, rabitə və elektrik enerjisi təminatı baxımından ən azı 90 gün müstəqil fəaliyyət göstərə bilməsi nəzərdə tutulur.
Pentaqon nümayəndəsi Şon Parnell bildirib ki, milli müdafiənin mülki və bələdiyyə infrastrukturundan asılı olması ciddi risk yaradır.
Plan çərçivəsində mülki zavodların müdafiə sifarişlərinin icrasına cəlb edilməsi, alternativ təchizat zəncirlərinin yaradılması və strateji ehtiyatların hazırlanması da nəzərdə tutulur.
Türkan İsgəndərli