İsraildə həbsxana qarşısında müəmmalı olay: Almanlar saxlanıldı

İsraildə həbsxana qarşısında müəmmalı olay: Almanlar saxlanıldı
25.10.2026 23:34 Dünya

İsraildə terrorçuların saxlanıldığı həbsxananın fotolarını çəkən iki Almaniya vətəndaşı saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə ötən gecə baş verib. Almaniya vətəndaşları əsasən terrorçuluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin saxlanıldığı “Deymon” həbsxanasının girişini fotoşəkilə çəkərkən saxlanılıblar.

Saxlanılan şəxslərin mobil telefonlarına baxış zamanı təhlükəsizlik xidmətlərinin fəaliyyəti ilə əlaqəli obyektlərin və materialların fotoşəkilləri aşkarlanıb.

Hadisənin təfərrüatları və saxlanılan şəxslərin hansı məqsədlə çəkiliş apardıqları barədə hələlik əlavə məlumat verilməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər