İordaniyada kilsəyə hücum edən şübhəlilər həbs edildi

İordaniyada kilsəyə hücum edən şübhəlilər həbs edildi
26.10.2026 08:46 Dünya

İordaniyanın cənubunda kilsəyə edilən və doqquz nəfərin ölümü ilə nəticələnən silahlı hücumla bağlı üç şübhəli şəxs həbs olunub.

TodayPress TV xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, hadisə oktyabrın 23-də Kerak qubernatorluğunun Hammud kəndində anım mərasimi iştirakçılarına qarşı törədilib.

İordaniyanın səhiyyə naziri İbrahim əl-Bədurun sözlərinə görə, hücum nəticəsində doqquz nəfər ölüb, onlarla insan yaralanıb.

İordaniya Xarici İşlər Nazirliyi hücuma görə məsuliyyəti terror təşkilatı İŞİD-in üzərinə götürdüyünü açıqlayıb.

Ölkə kralı II Abdullah isə hücumu törədən şəxslərin ən ağır cəzaya məhkum ediləcəyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər