Trampın Amerikası: Xalq kasıblaşır, ailəsi milyardlar qazanır

Trampın Amerikası: Xalq kasıblaşır, ailəsi milyardlar qazanır
26.10.2026 01:43 Dünya

ABŞ vətəndaşlarının 56 faizi Donald Trampın prezidentliyi dövründə həyat şəraitlərinin pisləşdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” (FT) və “Focaldata” şirkətinin birgə keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

Araşdırmaya əsasən, amerikalı seçicilərin 69 faizi Tramp administrasiyasındakı korrupsiya və maraqlar toqquşmasından narahatdır. Maraqlıdır ki, 2024-cü il prezident seçkilərində Trampa səs verənlərin də təxminən yarısı eyni narahatlığı bölüşür.

Sorğuda iştirak edənlərin dörddəbirindən çoxu maddi çətinliklər səbəbindən hətta ərzaq və tibbi xidmət xərclərinə qənaət etmək məcburiyyətində qaldığını bildirib.

Respondentlərin 54 faizi yüksək qiymətlərə görə Trampı və Respublikaçılar Partiyasını günahlandırıb. Sorğu iştirakçılarının 40 faizindən çoxu isə yaşayış xərclərinin artması səbəbindən Demokratlar Partiyasına səs verməyə daha çox meyilləndiyini açıqlayıb.

“Financial Times”ın məlumatına görə, bu müddətdə Tramp ailəsi kriptovalyuta layihələrindən ən azı 1 milyard dollar gəlir əldə edib. Nəşr həmçinin Tramp ailəsi ilə əlaqəli bəzi korporativ donorların administrasiyanın qərarlarından və dövlət müqavilələrindən faydalandığını qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər