Ərdoğanın sədrliyi ilə mühüm toplantı keçiriləcək: Gündəmdə nələr var?

Ərdoğanın sədrliyi ilə mühüm toplantı keçiriləcək: Gündəmdə nələr var?
26.10.2026 08:15 Dünya

Oktyabrın 26-sı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

TodayPress TV xəbər verir ki, “TRT Haber”in məlumatına görə, toplantıda birjada manipulyasiyalar nəticəsində yaranan böhran əsas müzakirə mövzularından biri olacaq.

Bununla yanaşı, “Terrorsuz Türkiyə” prosesi, Yaxın Şərqdəki son hadisələr, Ərəbistan yarımadasındakı vəziyyət və ABŞ-İran arasında artan gərginlik də müzakirə ediləcək.

İclasda regional proseslərin mümkün təsirləri ilə bağlı məsələlərin də gündəmə gələcəyi gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər