İsrail ordusunun rəhbəri Netanyahuya qarşı çıxdı: Səbəb İrandır
İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı keçiriləcək seçkilərdən əvvəl İrana hərbi zərbə endirmək istəyir. Lakin bu plan ölkənin hərbi rəhbərliyində etirazla qarşılanıb.
TodayPress TV xəbər verir ki, bu barədə İsrailin “Channel 13” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Netanyahunun planına qarşı çıxıb.
Zamir yeni hücumun zəruriliyini əsaslandıran və Baş nazirin ofisi tərəfindən rəsmi şəkildə imzalanmış sənədlərin təqdim edilməsini tələb edib.
İddialarla bağlı İsrail hökumətindən hələlik rəsmi açıqlama verilməyib.
Kübra Musayeva