Hikmət Hacıyev Dubayda Azərbaycanın tarixi irsindən danışdı

Hikmət Hacıyev Dubayda Azərbaycanın tarixi irsindən danışdı
16.09.2026 19:15 Xarici siyasət

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dubaydakı Ərəb Media Forumunda Azərbaycanın zəngin tarixi irsini təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

Paneldə o, Qafqaz Albaniyasının qədim dövləti, o cümlədən onun zəngin xristian irsi haqqında danışıb, bu irsin izlərinin xüsusilə Qarabağda və Azərbaycanın digər bölgələrində aydın göründüyünü diqqətə çatdırıb:

"Mən Azərbaycanda multikulturalizmin və dini tolerantlığın çoxəsrlik ənənəsini, həmçinin mənşəyindən və ya konfessional mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin öz zəngin mədəni və dini irsinin müdafiəsinə, qorunub saxlanmasına və bərpasına sadiqliyini vurğuladım. Həmçinin işğal illərində Azərbaycanın dini və mədəni irsinin genişmiqyaslı dağıdılması, təhqir edilməsi və dəyişdirilməsi mövzusuna toxundum, tarixi həqiqətin qorunub saxlanmasının və bu irsin gələcək nəsillər üçün müdafiəsinin vacibliyini vurğuladım".

H. Hacıyevin sözlərinə görə, "Euronews"un baş direktorunun moderatorluq etdiyi paneldə Gürcüstanın xarici işlər naziri və BƏƏ-nin iqtisadiyyat və turizm naziri də iştirak ediblər.

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər