İlham Əliyev Ərdoğana başsağlığı verib

İlham Əliyev Ərdoğana başsağlığı verib
10.11.2026 11:40 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

TodayPress TV  xəbər verir ki, başsağlığı mətnində deyilir:

"Əziz Qardaşım.

İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"


XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər