Zülfüqar Məmmədov adına xəstəxananın Terapiya şöbəsi yenidən quruldu

Sağlamlıq

16.01.2026 14:20

TƏBİB-in dəstəyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Terapiya şöbəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yenilənmiş şöbə 40 çarpayılıq olmaqla, müasir tibbi standartlara cavab verən şəraitlə təmin edilib. Şöbədə 5 həkim, 24 tibb bacısı və 22 kiçik tibb işçisi fəaliyyət göstərir.

Şöbədə tibbi heyət tərəfindən xəstələrə həm stasionar, həm də ambulator tibbi xidmətlər göstərilir. Yaradılan müasir infrastruktur və peşəkar tibbi heyətin fəaliyyəti sayəsində müalicə prosesinin daha səmərəli və effektiv təşkili təmin olunub.

TodayPress TV

tag: ,

photo
photo
photo
photo
photo
photo