İran millisinin təyyarəsi Bəsrəyə buraxılmadı
İraq ABŞ-nin İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara görə İranın milli futbol yığmasının olduğu təyyarəyə Bəsrə hava limanına enməyi qadağan edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
“Təyyarə İrana qayıdaraq Abadan hava limanına enib, bundan sonra komanda quru yolu ilə Bəsrəyə gedəcək”, - İranın Bəsrədəki konsulluğunun nümayəndəsi deyib.
Bildirilib ki, İran yığması Bəsrədə keçiriləcək dördtərəfli turnirdə iştirak etmək üçün İraqa gedib. Yarışda İrandan başqa İraq, Livan və Fələstin komandaları da iştirak edəcək.
İraq mülki aviasiyasının nümayəndəsinin sözlərinə görə, ölkə ABŞ-ın İran aviaşirkətlərinə qarşı sanksiyalarını pozmaq istəmədiyi üçün bu addımı atıb.