Ermənistan İrandan qaz idxalını artırmaq istəyir

Ermənistan İrandan qaz idxalını artırmaq istəyir
10.11.2026 19:35 Dünya

Ermənistan İrandan təbii qaz tədarükünün həcminin artırılmasını istəyib.

TodayPress TV xəbər verir ki, bu məsələ noyabrın 10-da İrəvanda keçirilən Ermənistan-İran hökumətlərarası komissiyasının iclasında müzakirə olunub.

İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi jurnalistlərə açıqlamasında ölkəsinin böyük qaz ehtiyatlarına malik olduğunu və ixrac imkanlarının mövcudluğunu bildirib.

“Yəqin bilirsiniz ki, İran dünyanın ən böyük qaz ehtiyatlarından bəzilərinə sahibdir. Əgər bu qazı ixrac etmək imkanı varsa, Ermənistandan daha yaxşı tərəfdaş ola bilərmi?” – deyə o qeyd edib.

Hazırda İrandan Ermənistana ildə 400 milyon kubmetrdən çox təbii qaz nəql olunur. Bu qaz Ermənistanda bəzi istilik elektrik stansiyalarında istifadə edilir və ölkənin ümumi təbii qaz idxalının təxminən 20 faizini təşkil edir.

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər