"Turan" Çempionlar Liqasının qrup mərhələsində!

"Turan" Çempionlar Liqasının qrup mərhələsində!
10.11.2026 19:39 İdman

Qadın voleybolçulardan ibarət "Turan" klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstanın "Maritsa" kollektivini qəbul edib.

Tovuz Olimpiya İdman Kompleksindəki qarşılaşma "Turan"ın qələbəsi ilə yekunlaşıb - 3:0.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda "Turan" səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, Azərbaycan təmsilçisi CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.


XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər