Zehni sağlamlığı necə qorumaq olar?

Sağlamlıq

04.12.2025 19:30

Mütəxəssislər bildirirlər ki, 80-90 yaş və üzərində olan insanların zehni aydınlığını qorumasında ən vacib amillərdən biri aktiv sosial həyatdır.

TodayPress TV xəbər verir ki, fiziki fəaliyyət və düzgün qidalanma yaşlanma ilə bağlı beyin dəyişikliklərini ləngidə bilər.

Lakin aydın düşüncəni uzun müddət saxlayan insanları digərlərindən əsasən onların sosial fəallığı fərqləndirir.

Tədqiqat nəticələri göstərir ki, uzunömürlü şəxslərdə beynin emosiyalara nəzarət, davamlı diqqət və sosial ünsiyyətlə bağlı hissələri daha yaxşı inkişaf edib. Bu isə sosial qarşılıqlı əlaqənin beyin üçün kompleks bir məşq rolunu oynadığını göstərir. İnsanlar ünsiyyətdə olduqda yaddaş, empatiya, nitq qavrayışı və diqqət kimi funksiyalara cavabdeh olan neyron şəbəkələri eyni anda aktivləşir və bu proses idrak qabiliyyətlərinin qorunmasına güclü təsir göstərir.

Bundan başqa, dərin sosial əlaqələrin hormonal balansı da müsbət təsirlədiyi vurğulanır. Ünsiyyət stress hormonu olan kortizolun səviyyəsini aşağı salmağa, eyni zamanda oksitosin və dopamin kimi emosional yaxınlıq, motivasiya və öyrənmə ilə bağlı hormonların istehsalını artırmağa kömək edir. Bu faktorların toplam təsiri isə beyni daha uzun müddət sağlam və çevik saxlayır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Beyin,Yaş,Cavan,Düşüncə,Todaypress.tv,