Zəfəran parkinson xəstələrində təşviş və depressiyanı azaldır
Sağlamlıq
04.01.2026 17:10
Zəfəran əsaslı qida əlavəsi parkinson xəstəliyi olan pasiyentlərdə iltihabı azaldaraq psixoemosional vəziyyəti, yuxu keyfiyyətini və ümumi funksional durumu yaxşılaşdırır.
TodayPress TV xəbər verir ki, bu nəticələr “Food & Function” jurnalında dərc olunmuş 12 həftəlik, üçqat kor, plasebo-nəzarətli klinik tədqiqata əsaslanır.
Araşdırmada 92 pasiyent iştirak edib: əsas qrupa gündə 100 mq şafran tozu, nəzarət qrupuna plasebo verilib. Zəfəran qəbul edənlərdə C-reaktiv zülalın səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, koqnitiv göstəricilər yaxşılaşıb, təşviş və depressiya zəifləyib. Eyni zamanda yuxu keyfiyyəti artıb, yorğunluq və psixoloji distres azalıb, hərəkətlilik və gündəlik fəaliyyətlərdə funksionallıq yüksəlib. Müəlliflər təsiri zəfəranın antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə izah edir və onun standart müalicəni əvəz etmədən təhlükəsiz köməkçi vasitə ola biləcəyini bildirirlər.
Qiymət Mahir
tag: Təzyiq ,Depressiya ,İltihab ,Todaypress.tv ,Zəfəran,
