Yüz yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı
Sağlamlıq
16.02.2026 19:45
Kolorado ştatının sakini Nanet Urlier 100 illik yubileyini qeyd edib.
TodayPress TV xəbər verir ki, “The Pueblo Chieftain” qəzetində bu haqda məqalə dərc olunub.
Belə ki, Urlier əslən Fransanın Reyms şəhərindəndir. O, gənc yaşlarında ABŞ-a köçüb, ailə qurub və beş uşaq sahibi olub. Amerikada dərzi və mağaza satıcısı kimi çalışıb. 2008-ci ildən isə qocalar evində yaşayır.
Uzunömürlülüyün sirri barədə soruşulduqda, yüz yaşlı qadın “Daha çox fransız şampanı için” cavabını verib. O bildirib ki, keçmişə qayıtmaq imkanı olsaydı, iyirmi yaşlarının əvvəllərinə dönmək istərdi. Gənclik illərini özünü xoşbəxt edəcək şəkildə yaşamağı tövsiyə edərdi.
Yüzillik yubileyi münasibətilə ən xoş xatirələrindən birinin dostları və ailəsi üçün yaşıl kartof püresi hazırladığı gün olduğunu deyib. “Fransada qida boyası yox idi”, – deyə o qeyd edib. “Bu, hər şeyi daha əyləncəli edirdi”.
Jalə Rövşən
tag: Uzunömürlülük, Fransa,Nanet Urlier ,Todaypress.tv ,Yubiley,
