Yuyulmamış corabları geyinmək ciddi risklər yaradır

Sağlamlıq

09.12.2025 19:30

Mütəxəssislər yuyulmamış corabların təkrar geyinilməsinin sağlamlıq üçün təhlükəli olduğunu açıqlayıblar.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Leicester Universitetinin klinik mikrobiologiya üzrə mütəxəssisi Primrose Fristonun sözlərinə görə, bu, tənəffüs yolları, bağırsaq və göbələk infeksiyalarına səbəb ola bilər.

Bildirilib ki, corablarda yaranan rütubətli mühit bakteriyaların sürətlə çoxalmasına şərait yaradır və mikroorqanizmlər parça üzərində aylarla yaşaya bilir. Araşdırmalara görə, corablarda milyonlarla mikrob ola bilər.

Mikroblar corabdan ayaqqabıya, döşəməyə, yataq dəstinə və digər səthlərə asanlıqla yayılır. Bu da ayaq göbələyi və digər infeksiyaların riskini artırır.

Mütəxəssislər corabların 60 dərəcədə yuyulmasını və eyni ayaqqabının ardıcıl günlərdə geyinilməməsini tövsiyə edirlər. İsti suda yumaq mümkün olmadıqda isə buxarla ütüləmə məsləhət görülür.

Jalə Rövşən 

TodayPress TV

tag: Corab ,İnfeksiya,Virus,Tədqiqat,Todaypress.tv,