Yumurtanı hər gün yemək sağlamlıq üçün risk yarada bilər

Sağlamlıq

08.01.2026 18:45

Yumurtaların hər gün qayğanaq, omlet və ya bərk qaynadılmış formada istehlakı sağlamlıq üçün müəyyən risklər yarada bilər.

TodayPress TV xəbər verir ki, yumurtada xolesterin çox olduğundan, bu damarların daralmasına səbəb olan aterosklerozun sürətlənməsinə gətirib çıxara bilər.

Nəticədə orqanlara qan axını zəifləyir və infarkt da daxil olmaqla, ürək-damar xəstəlikləri riski artır.

Yumurtanın tərkibindəki yağlar orqanlarda artıq yağ yığılmasına səbəb ola bilər. Həmçinin yumurtalar kifayət qədər bişirilmədikdə, xüsusilə duru halda istehlak olunarsa, salmonellyoz kimi təhlükəli infeksiyalara yoluxma riski də mövcuddur.

Bundan əlavə, yumurtanın yağda qızardılması və ona kolbasa və ya bekon əlavə edilməsi xərçəng xəstəlikləri riskini artıra bilər. Yeməklərin həddindən artıq duzlu olması isə arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Yumurta,Qayğanaq,Qan,Xolester,Todaypress.tv,