Yerimə sürəti və düşünmə tempi qocalma əlaməti ola bilər

Sağlamlıq

13.02.2026 19:15

Mütəxəssislər insanın bioloji yaşını müəyyən etmək üçün sadə üsullar təqdim ediblər. 

TodayPress TV xəbər verir ki, sağlamlığın vacib göstəricilərindən biri yerimə sürətidir.

Əgər insan saniyədə 1-1,4 metr sürətlə hərəkət edirsə (təxminən saatda 5 kilometr), bu, yaxşı fiziki vəziyyət və normal qocalma tempini göstərir. Saniyədə 0,8 metrdən aşağı sürət isə sürətlənmiş qocalma, əzələ gücünün azalması və sağlamlıq risklərinin artması ilə bağlı ola bilər.

Bundan əlavə, bioloji yaşı qiymətləndirmək üçün düşünmə sürətinə də diqqət yetirmək tövsiyə olunur. 

Bunun üçün “ikiqat yük”lü koqnitiv test aparmaq mümkündür: şəxs adi tempdə yeriyərkən eyni zamanda zehni tapşırıq yerinə yetirir, məsələn, 100-dən başlayaraq 7-7 geriyə saymaq. Əgər bu zaman addımlar nəzərəçarpacaq dərəcədə yavaşıyırsa, səhvlər artırsa və ya güclü gərginlik hiss olunursa, bu koqnitiv funksiyaların zəifləməsinə işarə hesab olunur.

Türkan İsgəndərli

tag: Mütəxəssislər ,İnsan,Yerimə,Qocalma,Todaypress.tv,