Yeniyetməlik 32 yaşa qədər davam edir: Alimlər açıqladı
Sağlamlıq
26.11.2025 19:45
Kembric Universitetinin alimləri beynin inkişafı ilə bağlı maraqlı nəticələr açıqlayıblar.
TodayPress TV xəbər verir ki, bununla bağlı araşdırma "Nature Communications" jurnalında dərc olunub.
Doğumdan 90 yaşa qədər təxminən 4 min nəfərin beyin skanları araşdırılıb və beynin həyat boyu beş əsas inkişaf mərhələsindən keçdiyi müəyyən edilib.
Tədqiqat göstərir ki, beynin yeniyetməliklə əlaqələndirilən inkişaf dövrü 9 yaşdan başlayır və 32 yaşa qədər davam edir. Bu müddət ərzində beynin ünsiyyət və əlaqə şəbəkələri ən səmərəli şəkildə işləyir.
Alimlərin təsnifatına görə, beyin inkişafının kritik dövr dəyişiklikləri 9, 32, 66 və 83 yaşlarında baş verir:
• Doğuşdan 9 yaşa qədər erkən inkişaf dövrü
• 9–32 yaş arası maksimum yetkinlik və beyin səmərəliliyi
• 32 yaşdan sonra stabil dövr
• 66 yaşdan sonra erkən yaşlanma
• 83 yaşdan sonra gec qocalma mərhələsi
Tədqiqatçılar bildirirlər ki, bu nəticə insanların 20 yaşının sonlarında yeniyetmə kimi davrandığı anlamına gəlmir. Sadəcə, beynin inkişaf prosesi bu yaşa qədər davam edir.
Jalə Rövşən
tag: Yaş,Yeniyetmə ,Tədqiqat ,Araşdırma ,Todayppress.tv,
