Yad mühitdə niyə yuxuya gedə bilmirik?

Sağlamlıq

16.02.2026 19:00

Yaponiya alimləri yad mühitdə yuxuya getməyin çətinləşməsinin beyində ayıqlığı qoruyan xüsusi neyronlarla bağlı olduğunu müəyyən ediblər.

TodayPress TV xəbər verir ki, araşdırma Yaponiyanın Naqoya Universitetinin alimləri tərəfindən aparılıb və nəticələr "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub.

Alimlərin sözlərinə görə, bu xüsusi neyronlar beynin “genişləndirilmiş badamcıq” (extended amygdala) adlanan hissəsində yerləşir. Həmin sistem emosional reaksiyaların formalaşmasında mühüm rol oynayır.

Qeyd olunur ki, insan yeni mühitə düşdükdə beyin onun təhlükəsizliyini qiymətləndirir və təhlükə olmadığına əmin olana qədər ayıqlıq vəziyyətini saxlayır. Bu zaman genişləndirilmiş badamcıqdakı neyronlar neyrotensin adlı neyropeptid ifraz edir. Bu maddə isə hərəkət və ayıqlıq səviyyəsini tənzimləyən “qara substansiya”ya təsir göstərir.

Qiymət Mahir

tag: Yuxu,Elm,Alim,Dünya,TodayPress TV,