Xurmanın möcüzəvi faydaları

Sağlamlıq

19.02.2026 18:45

Xurma bağırsaq baryerini möhkəmləndirə, faydalı bakteriyaların artımını stimullaşdıra və iltihabı azalda bilər.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Food & Function (F&F) jurnalında məqalə dərc olunub.

Tədqiqatçılar emal olunmuş xurmadan alınan həll olan və həll olmayan lifləri araşdırıblar və sağlam könüllülərin bağırsaq mikrobiotasından istifadə etməklə laboratoriya şəraitində fermentasiya aparıblar. Məlum olub ki, lifin müxtəlif növləri bağırsaq bakteriyalarına fərqli təsir göstərir.

Bəzi lif fraksiyaları Bacteroides, Megasphaera, Oscillibacter və Lachnospiraceae ailəsinə aid bakteriyaların artımını gücləndirib. Nəticədə asetat, propionat və butirat kimi bağırsaq üçün faydalı maddələrin istehsalı artıb. Bu maddələr bağırsaq baryerini qoruyur və iltihabı azaldır.

Xüsusilə həll olan lif daha güclü təsir göstərib. O, antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik indol-3-propion turşusunun istehsalını artırıb.

Alimlər hesab edirlər ki, emal olunmuş xurma tullantılarından gələcəkdə prebiotik məhsulların hazırlanmasında istifadə etmək mümkündür. Lakin bunun üçün əlavə tədqiqatlara ehtiyac var.

Jalə Rövşən 

TodayPress TV

tag: Xurma,Bağırsaq ,Sağlamlıq ,Tədqiqat ,Todaypress.tv,