Xəzər Tibb Mərkəzində Travma Mərkəzi qurulacaq

Sağlamlıq

11.12.2025 11:30

“İlk növbədə pasiyent məmnunluğunun artırılması prioritet hədəfimizdir. Bunun üçün də Xəzər Tibb Mərkəzində yeni dializ xidmətinin təşkili, həmçinin Travma Mərkəzinin qurulması üçün işlərə başlamışıq və ümid edirik ki, qısa müddət kəsimində bu xidmətləri də tam hazır vəziyyətə gətirib vətəndaşlarımızın ixtiyarına verəcəyik”. 

TodayPress TV xəbər verir ki, bunu Xəzər Tibb Mərkəzinə təşkil olunan mediaturda Mərkəzin direktoru Mübariz Ağayev deyib.

O bildirib ki, bunlarla yanaşı, Xəzər Tibb Mərkəzində KT və MRT müayinələrinin, endoprotezləşmə və LOR əməliyyatlarının, laparoskopik cərrahiyyə, fakoemulsifikasiya (FAKO) xidmətlərinin istifadəyə verilməsi, habelə Reanimasiya şöbəsində çarpayı fondunun artırılması əsas hədəflər sırasındadır. 

Qiymət Mahir

TodayPress TV

tag: Mübariz Ağayev,Direktor,Travma,Mərkəz,Todaypress.tv,